Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub.

Qəza nəticəsində Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı və 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı ölüb.

Mahirə Qədimova hadisə yerində, Cəmilə Zeynalova isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.