Yuxarı vəzifədən aşağı vəzifəyə keçirilmiş hərbi qulluqçular sonradan xidmət üzrə irəli çəkilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Bunun üçün hərbi qulluqçunun mənəvi və işgüzar keyfiyyətləri, xidmət nəticələri və səhhətinin vəziyyəti nəzərə alınır.
İntizam cəzası qaydasında vəzifəsi aşağı salınan hərbi qulluqçular isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra irəli çəkilə bilərlər.
Ştatların ixtisarı səbəbindən aşağı vəzifəyə keçirilmiş və əvvəlki vəzifəyə bərabər vəzifənin tələblərinə cavab verən hərbçilərin irəli çəkilməkdə üstün hüququ var.