Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin bir növündən digərinə keçirilməsi müəyyən qaydada həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə keçirilmə zamanı xidmət müddətlərinin müvafiq dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Hərbi hissələrin yaradılması, açılması və yerdəyişməsi zamanı da hərbi qulluqçuların xidmət yerləri dəyişdirilə bilər.
Yeni gəmilərin sıraya daxil edilməsi və digər xidməti zərurətlər də belə qərarların qəbul edilməsinə əsas yaradır.
