Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə normativ hüquqi aktların qəbul edilməsinin əsasları müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Belə aktlar daxili qanunvericilikdə tənzimlənməyən məsələlər olduqda qəbul edilir.
Onlar beynəlxalq öhdəliklərin icrası başqa cür mümkün olmadıqda da qəbul oluna bilər.
Beynəlxalq müqavilə tərəflərinin razılığı olduqda da müvafiq normativ hüquqi akt hazırlanacaq.