Normativ hüquqi aktların adlarının göstərilməsinə dair istisnalar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Ad və ya rəqəm dəyişiklikləri zamanı bir neçə aktın adının göstərilməməsinə icazə verilir.
Yeni normativ akt qəbul edilərkən kolliziyanın aradan qaldırılması hallarında da bu mümkün olacaq.
Həmçinin yeni akt əvvəlki aktı əvəz etdikdə də həmin istisna tətbiq edilə bilər.