Məcəllələşdirilmiş normativ hüquqi aktların xüsusi hissəsinin məzmunu müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu hissədə hüquq və vəzifələri müəyyən edən normalar yer alacaq.
Hüquqi məsuliyyətin növü və ölçüsünü müəyyən edən müddəalar da burada əks etdirilə bilər.
Beləliklə, xüsusi hissə hüquqi münasibətlərin konkret tənzimlənməsinə xidmət edəcək.
