Normativ hüquqi akt layihələrinin ictimaiyyətə təqdim edilməsi imkanları genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Layihələr normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
Normayaratma orqanının qərarı ilə sənədlər açıq ictimai və ya peşəkar müzakirəyə çıxarıla bilər.
Bu yanaşma normayaratma prosesində şəffaflığın artırılmasına xidmət edir.
