Hüququn analogiyasının tətbiq olunması zamanı əsas götürüləcək prinsiplər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Oxşar hüquqi norma olmadıqda Konstitusiyada və qanunlarda təsbit olunan prinsiplər tətbiq ediləcək.
Bu zaman hüququn ümumi prinsipləri də əsas götürüləcək.
Ədalət, insaf və mənəviyyat tələbləri də mütləq nəzərə alınmalıdır.
