Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qəbul edilmə qaydası müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Nazirlər Kabineti normativ hüquqi aktları qərar formasında qəbul edir.
Bu qərarlar Konstitusiya, referendum aktı, qanunlar və Prezident aktlarının icrasını təmin etmək məqsədi daşıyır.
Qərarlar yalnız Nazirlər Kabinetinin səlahiyyətlərinə aid məsələlər üzrə qəbul edilir.