Şəhərlərarası və şəhərətrafı sərnişin bilet kassaları təcrid edilmiş ayrıca kabinə şəklində təşkil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bilet kassaları müasir bilet-kassa qurğuları ilə təchiz olunmalıdır.
Bu qurğular kassirin növbə ərzində iş qabiliyyətini və rahat işləməsini təmin etməlidir.
Avtomatik nəzarət-kassa aparatları, pulların hesablanması və təhvili otaqları kassalar blokunda yerləşdirilməlidir.
Kassaların işi ilə bağlı xidməti və məişət otaqları da həmin blokda nəzərdə tutulmalıdır.