Nəm iş rejimli otaqlarda döşəmə konstruksiyasında gücləndirilmiş yapışdırılan hidroizolyasiya qatı nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Hidroizolyasiya qatı arakəsmə və divarlara qovuşan yerlərdə onların üzərinə doğru qaldırılaraq yerinə yetirilməlidir.
İctimai iaşə obyektlərində, sanitariya qovşaqlarında və digər nəm otaqlarda döşəmə, divar və arakəsmələr nəmə davamlı materiallardan hazırlanmalıdır.
Divarlar və arakəsmələr ən azı 2 metr hündürlüyə qədər keramik plitələrlə örtülməlidir.
İctimai iaşə obyektlərində anbarların mərtəbəarası örtüklərində gəmiricilərdən mühafizə məqsədilə dəlik və deşiklərin olmasına yol verilmir.