Funksional yanğın təhlükəsinə görə digər sinifli vağzal binasının F1 funksional yanğın təhlükəli sinifli yerləri olan hissəsi ayrıca yanğın bölməsi kimi layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzal binasının sahəsi 4000 kvadratmetr və ya daha çox olan hissəsi digər sahələrdən REI 180 odadavamlılıq həddinə malik yanğın əleyhinə divar və mərtəbəarası örtüklə ayrıldıqda ayrıca bölməyə ayrılmaya bilər.
Eyni sinifli funksional yanğın təhlükəli bölmələr arasında əlaqə yanğına qarşı mühafizə olunan oyuqlar vasitəsilə həyata keçirilə bilər.
Üfüqi əlaqələr yanğına qarşı qapılar, arakəsmələr, darvazalar, pərdələr və ya su pərdələri ilə qorunmalıdır.
Şaquli əlaqələr isə tüstülənməyən pilləkən qəfəsləri və yanğın zamanı hava basqısı olan lift şaxtaları vasitəsilə təmin edilməlidir.