Vağzal binalarında TNvəQ 2.08.02 normativ sənədində göstərilən həddən yüksək yanğın təhlükəsinə malik döşəmə örtüklərindən istifadə edilməsinə yol verilməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Hündürlüyü 30 metrədək olan vağzal binalarında zalların və atriumların üst örtüklərinin quraşdırılmasında xüsusi yanğın əleyhinə emal edilmiş taxta konstruksiyalardan istifadəyə icazə verilir.
Şəffaf örtüklər də daxil olmaqla, belə konstruksiyaların odadavamlılıq keyfiyyəti DÜİST 16363-ə uyğun sınaqdan keçirilməlidir.
Emal olunmuş ağacın sınaq zamanı çəki itkisi 13 faizdən çox olmamalıdır.
Yanar materiallardan dam konstruksiyası şəffaf örtüyün kənarından ən azı 4 metr məsafədə layihələndirilməlidir.