Vağzal binalarında yanğın əleyhinə su kəmərinin layihələndirilməsi xüsusi normativ tələblər nəzərə alınmaqla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın təhlükəsizliyinin təmin edilməsi zamanı AzDTN 2.11-1 və AzDTN 2.11-3* sənədlərinin tələbləri nəzərə alınmalıdır.
Binaların isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemləri də müəyyən edilmiş normativlərə uyğun layihələndirilməlidir.
Vağzal zallarının bir hissəsində mobil arakəsmələrlə ayrılan ibadət yerlərinin yaradılmasına yol verilir.
Bu halda yanğın təhlükəsizliyi üzrə digər normativ tələblərin də yerinə yetirilməsi təmin edilməlidir.