Vağzal binalarının yükdaşıyan konstruksiyalarının möhkəmliyi və dayanıqlılığı müəyyən edilmiş tikinti normalarına uyğun təmin edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Konstruksiyaların hesablanmasında yüklər, təsirlər və onların birləşmələri üzrə normativ göstəricilər nəzərə alınmalıdır. Vağzal binalarının məsuliyyət səviyyəsi zədələnmə və dağılmanın yarada biləcəyi sosial, ekoloji və iqtisadi nəticələrdən asılı olaraq müəyyən edilir. Sərnişinlərə xidmət sahələrinin konstruktiv sxemləri əsas sərnişin axınlarının hərəkətinə mane olmayacaq şəkildə layihələndirilməlidir. Konstruksiyaların hesablanması qəbul edilmiş məsuliyyət səviyyəsi nəzərə alınmaqla müvafiq standartlara uyğun aparılmalıdır.
