Vağzalların mühəndis avadanlıqları fövqəladə hallar barədə məlumatların aidiyyəti qurumlara ötürülməsini təmin etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Mühəndis sistemlərinin idarə olunması və monitorinq sistemi fövqəladə hallar barədə məlumatları Fövqəladə Hallar Nazirliyinin təcili idarəolunma mərkəzinə çatdırmalıdır. Sistem ayrıca müstəqil zəif cərəyanlı kabel rabitələri əsasında vahid informasiya məkanında qurulmalıdır. Mühəndis sistemlərinin idarə olunması və monitorinq sistemi baş dispetçer məntəqəsi, yanğın təhlükəsizlik zonaları, yanğınsöndürmə dəstələrinin liftləri və nasos stansiyaları ilə əlaqələndirilməlidir. Sistem həmçinin xüsusi daxili telefon rabitəsinə malik olmalıdır.
