Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların rütbələrinin bərpası qaydası müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Belə şəxslərin hərbi rütbələri məhkəmənin qərarı əsasında bərpa edilir. Rütbənin bərpası müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında həyata keçirilir. Bu zaman həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən müvafiq qərar qəbul edilir.