Hərbi rütbəsi aşağı salınmış qulluqçular müəyyən müddət başa çatdıqdan sonra əvvəlki rütbələrində bərpa edilirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bərpa qərarı rütbənin aşağı salınması barədə qərar qəbul etmiş və ya ona bərabər və daha yuxarı səlahiyyətə malik rəislərin əmrləri ilə rəsmiləşdirilir. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənədək və növbəti rütbə verilənədək onun rütbəsinin yenidən aşağı salınmasına yol verilmir. Qanunsuz şəkildə rütbəsi aşağı salınan və ya rütbədən məhrum edilən şəxslər məhkəmə qərarı ilə əvvəlki rütbələrinə qaytarılırlar.

