Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aldıqları hərbi ixtisas və hərbi rütbələrinə uyğun ştat vəzifələrinə təyin edilirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Çavuş çatışmadıqda müvafiq vəzifələrə yaxşı hazırlıqlı və intizamlı baş əsgər, baş matros, əsgər və matroslar təyin edilə bilərlər. Baş çavuş vəzifələrinə isə ən yaxşı, qüsursuz və intizamlı çavuşların təyin olunmasına yol verilir. Səhhətinə görə sıradankənar xidmətə yararlı olan hərbçilər də tibbi göstəriciləri nəzərə alınmaqla uyğun arxa xidmət və digər vəzifələrə təyin edilə bilərlər.
