Normativ hüquqi akt layihəsinin hazırlanması bir sıra təşkilati, hüquqi və ekspertiza tədbirlərini əhatə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu prosesə normayaratma təşəbbüsünə baxılması, qərarın qəbul edilməsi, layihənin təşkilati-texniki və maliyyə təminatı, zəruri materialların toplanması və konsepsiyanın hazırlanması daxil edilə bilər.
Həmçinin layihənin mətninin tərtib edilməsi və razılaşdırılması nəzərdə tutulur.
Layihə üzrə hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizalar da keçirilə bilər.