Normativ hüquqi akt layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası bir sıra hüquqi aktlarla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Təqdimetmə qaydası Konstitusiya Qanunu, digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının aktları ilə tənzimlənir.
Layihəyə onun növündən asılı olaraq müəyyən sənədlər əlavə edilməlidir.
Bu sənədlərə müşayiət məktubu, uyğunluğun təmini haqqında arayış və aktın qəbul edilməsinin zərurətinin əsaslandırılması daxil ola bilər.