
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qaziantepdən seçilmiş deputat Melih Meriçin bıçaqlanmasının detalları məlum olub.
Heftelik.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisəni törədən Seydi Ahmet Keleş əvvəllər Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü və partiyanın Oğuzeli rayon təşkilatının sədri olub.
O da bir müddət əvvəl Melih Meriç kimi CHP-dən istefa verib və Özgür Özəlin yaratdığı Yeni Partiyaya keçib.
S.A.Keleş Yeni Partiyanın Oğuzeli rayon şöbəsinin sədri təyin olunmasını gözləyirmiş. Amma hələlik məlum olmayan səbəblərdən onun istəyi baş tutmayıb və buna görə M.Meriçi günahlandırıb, deputatı söyüb.
Seydi Ahmet Keleşin işlətdiyi ifadələrdən xəbərdar olan M.Meriç ona zəng edərək narazılığını bildirib və görüşə dəvət edib.
S.A.Keleşin məkana gəlməsindən sonra tərəflər arasında mübahisə yaranıb və sonda davaya çevrilib. Mübahisə və dava təhlükəsizlik kameralarında anbaan qeydə alınıb. Videodan da görünür ki, mübahisə zamanı ilk olaraq millət vəkili Melih Merçi Seydi Ahmet Keleşə qarşı fiziki zor işlədir. Sonra isə S.A.Kaleş deputatı bıçaqla vurur. Ətrafda olan insanlar dalaşanları ayırıb.
M.Meriç hücumdan sonra Qaziantep Şəhər Xəstəxanasına aparılıb. Qaziantep valisi Kemal Çeber yaralı deputatın son durumunu açıqlayıb. O deyib ki, vəziyyəti yaxından yaxından izləyirlər:
“Millət vəkilimiz əməliyyat olunub. Allah şükür ki, vəziyyəti yaxşıdır. Əməliyyatdan əvvəl qorxduğumuz bəzi ssenarilər var idi, amma xoşbəxtlikdən hər şey yaxşıdır. Ümid edirəm ki, onu tezliklə aramızda görəcəyik”.
K.Çeber sosial media hesabında yazıb ki, hadisə ilə bağlı aralarında Seydi Ahmet Keleş də olmaqla 5 nəfər tutulub.
Türkiyədə deputat bıçaqlandı – Özgür Özəlin partiyasında şok olay – FOTO – YENİLƏNİB
