Azərbaycanda “Turizm kəndi” üzrə meyarlar müəyyənləşəcək.

Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Paroqramına əsasən, Dövlət Turizm Agentliyi digər aidiyyəti dövlət orqanları (qurumları)  ilə birlikkdə 2026–2027-ci illər ərzində “Turizm kəndi” üzrə meyarların, xüsusi inkişaf prinsiplərinin və dövlət dəstəyi mexanizmlərinin hazırlanmasını, “Turizm kəndi” konsepsiyası ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsini təmin etməlidir.

Nazirlər Kabineti 2027-2039-cu illər ərzində turizm potensialı olan kəndlərdə “turizm kəndi” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılmasını, bunun üçün turizm potensialına malik kəndlər üzrə Tədbirlər Planının təsdiq edilməsini, 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin həyata keçirilməsini, turizm xidməti göstərən ailə təsərrüfatlarının ortaillik gəlirlərinin artmasını təmin etməlidir.