Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyası genişləndiriləcək və uçuş tezliyi (intensivliyi) artırılacaq.

Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Paroqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq qurumlarla birlikdə 2026-2030-cu illər ərzində mövcud hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili və birbaşa hava nəqliyyatı əlaqəsi olmayan hədəf turizm bazarlarla aviareyslərin açılmasını, hər il azı 1 yeni hədəf turizm istiqaməti üzrə uçuşa başlanılmasını və azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi, mövcud uçuş istiqamətləri üzrə tezliyin (intensivliyin) 20 faiz artırılmasını təmin etməlidir.