Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.

Heftelik.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.

“Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar.”
Ramila Qurbanlı təkcə sanitar qovşaqların deyil, xəstəxananın otaqlarının və dəhlizlərinin də oxşar bərbad vəziyyətdə olduğunu bildirib.