Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gecə Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.

***

saat 11.05

Xırdalanda qətl törədilib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Şəhər sakini, 30 yaşlı Rasif Abdullayev küçədə bıçaqlanaraq öldürülüb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.