Bəzi hüquq sahələrində analogiyadan istifadəyə yol verilməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində analogiya tətbiq edilə bilməz.
Məsuliyyətə cəlb olunma və hüquqların məhdudlaşdırılması halları da bu qadağaya daxildir.
Vəzifələrin müəyyən edilməsi zamanı da analoji hüquqi normalardan istifadə edilməyəcək.