Nazirlər Kabinetinin qəbul etdiyi digər normativ sənədlərin təsdiq qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Əsasnamələr, nizamnamələr, qaydalar və digər normativ aktlar qərarla təsdiq edilir.
Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının həll edə bilmədiyi məsələlər üzrə də normativ akt qəbul edə bilər.
Bu qayda hökumətin normayaratma səlahiyyətlərini müəyyənləşdirir.
