Bilet kassalarının sayı 6-ya qədər olan kiçik və orta vağzallarda kassirlərin istirahət və digər ehtiyacları üçün ümumi yardımçı otaq təşkil edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə otağın sahəsi 12 kvadratmetrdən az olmamalıdır.
İstirahət yerləri, yemək və üst geyimləri üçün qarderoblar bu yardımçı otaqda bir yerdə yerləşdirilə bilər.
Qadınların gigiyenası üçün ayrıca otaq əvəzinə sanitariya qovşağında gigiyenik duş təşkil edilməlidir.
Kassirlərin duş, tualet və baş kassirin otağı kimi digər xidməti sahələri də kassalarla eyni blokda yerləşdirilməlidir.