Əməliyyat zallarında, gözləmə zallarında və əsas sərnişin axını zonalarında döşəmə örtükləri yüksək möhkəmliyə malik materiallardan hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Divar və sütunların üzlüyü, həmçinin baş pilləkənlərin pillələri təbii bərk daş süxurlarından və ya digər yüksək möhkəmlikli materiallardan nəzərdə tutulmalıdır.
Döşəmələrin və pilləkənlərin örtüyü AzDTN 2.21-1-in tələblərinə uyğun olmalıdır.
Layihələndirmə zamanı əlillər üçün zəruri həyat və fəaliyyət şəraitinin yaradılması üzrə müvafiq təlimatın tələbləri də nəzərə alınmalıdır.
Bu tələblər sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsinə yönəlib.