Vağzalın eyni funksional yanğın təhlükəli hissəsində müəyyən hallarda yanğın əleyhinə divarların əvəzinə xüsusi mühafizə həllərinin tətbiqinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə həllərdən biri bir-birindən 0,5 metr məsafədə yerləşən iki xətt drençer su pərdəsinin quraşdırılmasıdır.
Bu sistemin işləmə müddəti bir saatdan az olmamalı və 1 metr su pərdəsinə saniyədə 1 litr suvarma intensivliyi təmin edilməlidir.
Digər variant eni ən azı 8 metr olan yanğına qarşı zonaların yaradılmasıdır.
Həmin zonaların daxilində yanar maddə və materialların yerləşdirilməsinə yol verilmir.