Tüstüsovurma sistemindən istifadə edilən vağzal binalarında yuxarıdan təbii işıqlandırma fənərlərinin yanğın zamanı açılması təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu fənərlər avtomatik, məsafədən və əl ilə idarə olunan ötürücülərlə təchiz edilməlidir.
Silikat şüşədən istifadə edildikdə aşağıdan qoruyucu tor nəzərdə tutulmalıdır.
Yanma zamanı ərintilər əmələ gətirməyən təbii əsaslı şəffaf materiallardan da istifadəyə yol verilir.
Bu tələblər yanğın zamanı tüstünün kənarlaşdırılması və konstruksiyaların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
