Vağzal komplekslərində xarici yanğınsöndürmə quyularda, rezervuarlarda və ya su hövzələrində quraşdırılan hidrantlar vasitəsilə həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Hidrantlara avtonasosların qoşulması təmin edilməli, eyni vaxtda baş verə biləcək yanğınların hesablama sayı bir qəbul olunmalıdır.
Yanğının söndürülmə müddəti 3 saat, bunun üçün tələb olunan hesablama su sərfi isə normativ tələblərə uyğun götürülməlidir.
Yanğın hidrantları avtomobil yollarının hərəkət hissəsinin kənarından 2,5 metr, binanın xarici divarından isə 5 metrdən yaxın məsafədə yerləşdirilməməlidir.
Hidrantlar arasındakı məsafə hesablama yolu ilə müəyyən edilir və 150 metrdən artıq ola bilməz.
