Vağzal binalarında müxtəlif təyinatlı otaqlar üçün minimum hündürlük tələbləri müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Sərnişin otaqları və zallar, o cümlədən yeraltı məkanlar üçün hündürlük ən azı 3,6 metr olmalıdır. Kiçik və orta vağzallarda kondisioner sistemlərinin maşın otaqlarının hündürlüyü ən azı 4,5 metr, böyük vağzallarda isə 6,5 metr qəbul edilməlidir. Digər yerüstü və texniki məkanların hündürlüyü ən azı 2,5 metr, zirzəmilərdə yerləşən təchizat bloklarının ventilyasiya kameralarının hündürlüyü isə 4,2 metr olmalıdır. Nəm iş rejimli otaqlarda gücləndirilmiş hidroizolyasiya qatı və nəmə davamlı materiallardan istifadə olunmalıdır.