Vağzal komplekslərində kənar şəxslərin girişinin məhdudlaşdırıldığı xüsusi zonalar nəzərdə tutulmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Mühafizə olunan obyektlər məsuliyyətlilik səviyyəsindən asılı olaraq təsnifatlaşdırılmalı və müvafiq texniki vasitələrlə təmin edilməlidir. Quyulara, şaxtalara, tunellərə və digər kommunikasiya yerlərinə 250×250 millimetr və daha böyük giriş oyuqları qoruyucu qapılar və ya quyu qapaqları ilə təchiz olunmalıdır. Belə yerlərdə mühafizə siqnalizasiyasının quraşdırılması da tələb olunur. İnsanların icazəsiz daxil olmasının qarşısını almaq üçün çıxarıla bilən və ya daimi polad qəfəslərin quraşdırılmasına yol verilir.