Həqiqi hərbi xidmətdə olan bəzi hərbi qulluqçuların rütbəsinin bir pillə aşağı salınmasına yol verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu tədbir intizam cəzası kimi və ya şərəf məhkəməsinin vəsatəti əsasında tətbiq edilə bilər. Əsgər, matros, kursant, kiçik gizir, kiçik miçman və kiçik leytenant rütbəsində olanlar bu qaydadan istisnadır. Ali zabitlərin rütbələrinin aşağı salınması və sonradan bərpası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.