Hərbi qulluqçuların tutmalı olduqları vəzifələr və həmin vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin ştatlarında nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu vəzifələrə hərbi hissələr, gəmilər, idarəetmə orqanları və digər müvafiq qurumların ştatlarında yer verilir. Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir. Digər hərbi qulluqçuların tutmalı olduqları vəzifələrin siyahıları da müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir.
