Gəmilərdə və digər üzən vasitələrdə xidmət edən hərbi qulluqçuların səhhət vəziyyəti onların sonrakı xidmət yerinin müəyyənləşdirilməsində nəzərə alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Səhhətinə görə gəmilərdə, köməkçi gəmilərdə və üzən baza vasitələrində xidmətə yararsız hesab edilən matros və çavuşlar hərbi dəniz qüvvələrinin sahil hissələrinə keçirilməlidirlər. Səhhətinə görə sıradankənar xidmətə yararlı hərbi qulluqçular isə uyğun vəzifələrin olduğu digər hərbi hissələrə keçirilə bilərlər. Bu zaman onların konkret vəzifənin tələblərini yerinə yetirmək imkanları tibbi göstəricilər əsasında qiymətləndirilir.
