Hərbi hissə və qurumlarda gələcəkdə yuxarı vəzifələrə irəli çəkilməsi və təhsil almağa göndərilməsi nəzərdə tutulan zabitlərin ehtiyatı yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Alay və briqadalarda, eləcə də onlardan yuxarı hərbi hissələrdə ehtiyat hər il tədris ili başa çatdıqdan sonra formalaşdırılır.
Ehtiyat yaradılarkən əldə edilmiş nəticələr və hərbi intizamın vəziyyəti nəzərə alınır.
Növbəti il konkret yuxarı vəzifəyə irəli çəkilmək və ya təhsil almaq üçün zabitlərin namizədliyi müəyyən edilir.
