Hərbi qulluqçular səhhətləri ilə bağlı müəyyən hallarda bir hərbi hissədən digərinə keçirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Hərbi-həkim komissiyasının rəyi ilə hərbi qulluqçunun tutduğu vəzifədə xidmət etməsi və ya həmin ərazidə xidmət keçməsi səhhətinə əks-göstəriş olduqda yerdəyişmə mümkündür.
Ailə üzvlərinin səhhəti ilə bağlı da hərbi qulluqçunun başqa xidmət yerinə keçirilməsinə yol verilir.
Bu hallarda yerdəyişmə hərbi-həkim komissiyasının müvafiq rəyi əsasında həyata keçirilir.