Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün başqa silahlı birləşmələrə ezam oluna bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə ezam edilmə zamanı hərbi qulluqçular Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarıla bilərlər.
Ezamiyyət müvafiq icra hakimiyyəti orqanı ilə digər silahlı birləşmənin rəhbərliyi arasında razılaşma əsasında həyata keçirilir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa digər hərbçilərin ezam edilməsi onların razılığı ilə rəsmiləşdirilir.