Normativ hüquqi aktın qəbul edilməsindən sonra 6 aydan tez müddətdə ona dəyişiklik edilməsi ümumi qaydada məhdudlaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qanun və ya fərmanla başqa hal nəzərdə tutulmadıqda belə dəyişikliklər yalnız müəyyən əsaslar olduqda mümkündür.
Bu əsaslara daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktın tələbləri və müxtəlif ekspertizaların rəyləri daxildir.
Həmin ekspertizalara hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və maliyyə ekspertizaları aiddir.
