Normayaratma orqanı normativ hüquqi akt layihəsinin hazırlanmasını müstəqil şəkildə həyata keçirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Orqan layihənin hazırlanmasını normayaratma təşəbbüsünün digər subyektinə aid məsələlər üzrə həmin subyektə də tapşıra bilər.
Layihənin hazırlanmasına müvafiq mütəxəssislər cəlb edilə, xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verilə bilər.
Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
