Normayaratma orqanına təqdim olunan normativ hüquqi akt layihəsinə razılaşdırma və ekspertiza ilə bağlı sənədlər əlavə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Layihəyə onun razılaşdırılması və ya vizalanması haqqında məlumatı əks etdirən sənədlər əlavə olunur.
Həmçinin layihəyə dair ekspert rəyləri və layihəni hazırlamış şəxslərin siyahısı təqdim edilir.
Təqdim edən subyektin qərarına əsasən layihəyə digər aidiyyəti sənədlər də əlavə oluna bilər.