Alyaskada göyərtəsində 8 nəfərin olduğu “Cessna 441” təyyarəsi qəzaya uğrayıb.
Heftelik.az xəbər verir ki, bu barədə Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mılumat yayıb.
Təyyarə Alyaskanın cənub-qərb sahilində qəzaya uğrayıb.
Təyyarədə altı sərnişin və iki pilot olub.
İlkin məlumatlara görə, onların hamısı ölüb
Faktla bağlı araşdırma aparılır.
