Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. Nəticədə 6 nəfər hadisə zamanı həyatını itirib, 6 nəfərdə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Şəmkirdə ağır qəza -5 nəfər öldü, xəsarət alanlar var – YENİLƏNİB
