Rəqəmsal musiqi platformalarında yayımlanan hər 10 yeni mahnıdan 4-nün süni intellekt dəstəyi ilə hazırlandığı müəyyən edilib. Əsərlərdə süni intellekt izlərini müəyyənləşdirən yeni texnologiyalar musiqi sektoruna inteqrasiya olunduğu bir vaxtda, musiqiçilər öz yaradıcılıq məhsullarının icazəsiz şəkildə süni intellekt modellərinin öyrədilməsi üçün istifadə edilməsinə qarşı ciddi müəllif hüquqları mübarizəsinə başlayıblar.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, araşdırmaçılar 2026-cı ilin iyulunda dünya üzrə bazara çıxarılan yeni musiqilərin 38,5 faizinin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunduğunu müəyyən edib. Bir milyondan çox musiqi parçasının təhlil edildiyi araşdırma süni intellektin musiqi istehsalı proseslərinə nə qədər sürətlə daxil olduğunu ortaya qoyub.
ARAŞDIRMANIN DİQQƏTÇƏKƏN NƏTİCƏLƏRİ
Araşdırılan əsərlərin 15,3 faizində əvvəlcə süni intellekt vasitəsilə yaradılan, daha sonra isə insanlar tərəfindən dəyişdirilən və ya işlənən səs elementləri aşkarlanıb.
Ümumilikdə isə yeni yayımlanan musiqilərin təxminən 40 faizinin birbaşa və ya dolayı şəkildə süni intellekt alətlərindən istifadə edilərək hazırlandığı müəyyənləşib.
