Bakıda avtomobildən ilan çıxıb.
Heftelik.az Bakupost.az-a istinadən  xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda ilanın avtomobilin alt hissəsindən çıxarıldığı kadrlar əks olunub.
Avtomobilin sahibi bildirib ki, maşın gecədən səhərədək dəniz kənarında qalıb. O, sürücüləri ehtiyatlı olmağa çağırıb.