Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi həbs cəzası ilə yekunlaşıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edib və Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.
Məhkəmənin qərarına əsasən, həbs müddəti onun saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayətdə iştirak edən daha 3 nəfər barəsində 2 il şərti cəza hökmü verilib.
Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

