İsveçdə insanlara qılıncla hücum edilib.

Heftelik.az BBC-yə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində – Fagersta bölgəsində yerləşən məktəbdə baş verib.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanların sayı dəqiq açıqlanmayıb.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Polis ətraf ərazilərdə yerləşən digər 8 məktəbi də nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.